23 Avqust 2019, Cümə - 08:44

Komandalar Ekklstouna quyu qazırlar?

Komandalar Ekklstouna quyu qazırlar?

Müəllif: Rauf Hacıyev, redaktor

10:26 - 08 May, 2016

Belə görünür ki, Toto Volff və Helmut Marko da Sercio Markionne kimi düşünürlər və Berni Ekklstounun vəzifədən getməsini istəyirlər.

F-1.az xatırladır ki, Ferrari-nin prezidenti Sercio Markionne bildirmişdi ki, Ekklstoun artıq vəzifədən getməlidir və Formula1-də 3 başlı idarəçilik sistemi olmalıdır.

Toto Volff, Mercedes Motorsport-un rəhbəri: “Bəziləri elə düşünür ki, onlar ölməzdirlər və işlərinə eyni formada davam edirlər.

Ancaq idmanın gələcəyi üçün doğru işlər görmək lazımdır”.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko da bu fikirlə razıdır: “İşin idman tərəfini düşünsək, bu vəzifə üçün ən yaxşı namizəd Niki Laudadır”.

Bundan başqa, belə söz-söhbətlər gəzir ki, Toto Volff Formula1 rəhbərliyində vəzifəyə gələ bilər. Volff bu söhbətlərə aydınlıq gətirib: “Bir planım var, amma danışmaq üçün hələ tezdir. Hazırda Mercedes-dəki işimdən razıyam.

Şirkətin rəhbərləri, Daimler və komanda mənə dəstək verirlər. Buna görə də Mercedes ilə hədəflərimə çatmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 465
Teqlər , , , , , , ,
Paylaş

logo