M.Binotto qovula bilər

Bazar ertəsi Maranelloda Ştiriya Qran Prisində baş verənlərin analizi və növbəti yarışlara hazırlıq mövzusunda xeyli uzun çəkən toplantı keçirilib.

F-1.az bildirir ki, Corriere della Sera nəşrinin yazdığına görə, Fiat Chrysler konserninin rəhbərliyinin Binotto üçün verdiyi şanslar tükənib və komandanın nəticələri növbəti həftələrdə yaxşılaşmasa, konsernin idarə heyətinin sədri Con Elkann və Ferrari-nin icraçı direktoru Luis Keri Kamilyeri sərt tədbirlərə əl atmalı olacaqlar. Binottonu Ferrari-nin GT sinifinin 53 yaşlı rəhbəri Antonello Koletta əvəzləyə bilər.

Həmin nəşr eyni zamanda SF1000-nin sürətinin yalnız möcüzə nəticəsində əhəmiyyətli dərəcədə arta biləcəyini düşünür. Komandanın geri düşməsi güc qurğusunun zəif olması ilə əlaqədardır ki, bu da komanda ilə FİA arasındakı gizli razılığın nəticəsidir. Şassi isə güc qurğusunun əvvəlki güclü versiyasına uyğun hazırlanıb ki, problemləri yaradan amillərdən biri də məhz budur.

Kolettanın avtoidmanda böyük təcrübəsi var. Debütü 1991-ci ildə Forti Corse komandasının idman direktoru kimi olub, həmin dövrdə F3 və Formula3000-də iştirak edib. Daha sonra Peugeot-nun İtaliya bölməsində çalışıb və növbəti dayanacağı Alfa Romeo oluv. Ferrari-də isə 1997-ci ildən bəri işləyir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*