21 Sentyabr 2019, Şənbə - 07:08

C.Haas: “Böyük komandalara çox pul verilməlidir”

C.Haas: “Böyük komandalara çox pul verilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

08:16 - 08 Mart, 2017

Haas komandasının sahibi Cin Haas bildirib ki, böyük komandalar idmana daha çox azarkeş qazandırır və buna görə də daha çox pul qazanmağa layiqdirlər.

F-1.az xatırladır ki, Ferrari, Mercedes, McLaren və Red Bull komandaları tutduqları yerdən asılı olmayaraq həmişə çox pul alırlar. Amma Liberty Media Formula1-i satın aldıqdan sonra bildirmişdi ki, hamıya eyni miqdarda pul paylanılacaq. Amma böyük komandalar buna qarşı çıxmışdılar.

Cin Haas: “Mercedes, Ferrari və Red Bull-a hörmətim var, çünki idmana daha çox pul xərcləyirlər. Amma kiçik komandalar oturduqları yerdə daha çox pul qazanmaq istəyirlər. Bu mənasızdır. Bu barədə NASCAR-da da düşünməmişəm və indi də düşünmərəm.

Ferrari daha çox pula layiqdir. Çünki insanlar onları izləmək üçün çoxlu pullar xərcləyirlər. Hər yerdə fanları var və idman üçün dəyişməz markadırlar. Əgər yarışlara ancaq Haas, Sauber və Manor çıxsaydı, yarışları izləməyə bu qədər insan gəlməzdi. Hər idmanda olduğu kimi Formula1-in də böyük komandalara ehtiyacı var və onlara bəzi mövzularda üstünlük verilməsi gözləniləndir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 759
Teqlər , , , , ,
Paylaş

logo