N.Lauda: “Fettelin yerinə olsam, Kvyatı öldürərdim”

Niki Lauda Rusiyadakı səhvlərinə görə Daniil Kvyatı tənqid edib.

F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılıb. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırıb, Daniel Rikkardonun isə təkəri deşilib.

Bu hadisədən sonra həm Red Bull, həm də Ferrari komandası Kvyatı sərt formada tənqid ediblər.

Mercedes AMG komandasının qeyri-icraçı direktoru Niki Lauda Kvyatın hərəkətini axmaqlıq adlandırıb: “Mən Fettelin yerinə olsaydım, onu öldürərdim. Doğrudan da, qorxulu hərəkət idi. Bir sürücünün belə hərəkət etməsi əsl axmaqlıqdır.

Fettel əlindən gələn hər şeyi etdi, amma Kvyat ona arxadan çırpıldı. Bunu görmək adamın əsəblərini pozur”.

İngiltərə mətbuatının verdiyi xəbərə görə, Red Bull komandası bu hadisədən sonra Maks Ferstappenlə müqavilə bağlamağa bir az da yaxınlaşıb…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*