C.Batton: Mercedes doğru yoldadır

Sabiq Formula1 pilotu Censon Batton bildirib ki, Mercedes üçüncülüyə məyus olursa, deməli düzgün yoldadırlar.

F-1.az xatırladır ki, son 8 ilin çempionları bu il sadəcə 1 yarış qazanıb. Bu isə onların 2012-ci ildən sonra ən pis nəticələridir.

“Gümüşü oxlar” son yarışa qədər ikincilik uğrunda mübarizə aparırdılar. Lakin Əbu Dabidə aşkar formada Ferrari-dən geri qalıblar.

Censon Batton: “Komandadakı əksər işçilər indiyə kimi uduzmayıblar. Həmişə qazanan komandada idilər. Əgər pis mövsüm keçirib, üçüncü olublarsa, deməli doğru yoldadırlar”.

,