V.Bottas: Səhvim poula əngəl oldu

Mercedes komandasının sürücüsü Valtteri Bottas 10-cu döngədə etdiyi səhvə görə məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İspaniyadakı sıralanma turunda 3-cü yeri tutub.

Valtteri Bottas: “Bütün sürücülər bir-birlərinə yaxın idilər. Poul üçün çətin mübarizə oldu və mən o mübarizəyə çox uzaq idim. Məyusam, çünki 10-cu döngədə səhv edərək 0.2 saniyə itirdim. Lakin paketimiz güclüdür və sabah qələbə uğrunda ciddi mübarizə olacaq.

Məncə, Red Bull-a yaxın olacağıq. Burada təkərlərdən düzgün istifadə etsəniz, rəqabətədavamlı olarsınız. Burada bəzi sürücülər iki pit-stop edə bilərlər, amma biz öz strategiyamız barədə danışmayacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*