N.Rosberq: “Həmiltonu məğlub etmək gözəl idi”

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Həmiltonu məğlub etmək karyerasının ən gözəl anı olub.

F-1.az xatırladır ki, iki sürücü kartinq illərindən komanda yoldaşı olmuş və 2013-cü ildə Mercedes komandasında da bir yerdə yarışmağa başlamışdılar. Rosberq və Həmilton 2014-2016-cı illərdə çempionluq uğrunda mübarizə aparmış və bunların ikisində britaniyalı sürücü qalib gəldiyi halda, birində almaniyalı sürücü rəqibini qabaqlamışdı.

Niko Rosberq: “Buna görə yarışırdım və bu mübarizə üçün orada idim. Bundan yaxşısı ola bilməzdi. Bütün dövrlərin ən güclü sürücülərindən biri ilə komanda yoldaşı idim. Sonda onu məğlub etmək gözəl idi. Bu ən yaxşı hal idi. Karyeram bundan gözəl bitə bilməzdi.

Həmilton yaxşı adamdır. Kamerada fərqli görünür. Formula1 dünyasında belə olur. Amma real həyatda yaxşı dəyərləri olan adamdır. Keçmişdə yaxşı dost idik. Ona həmişə hörmət edəcəm. Ümid edirəm ki, aramız düzələr”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*