L.Həmilton Ferstappenə imkan verməyəcək

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, gənc rəqibi Maks Ferstappenin çempion olmaq potensialı var.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü 2015-ci ildə Toro Rosso ilə idmanda debüt etmiş və həmin il xal qazanaraq, bu uğura nail olan ən gənc sürücü olmuşdu.

Hollandiyalı sürücü 2016-cı ildə Red Bull komandasına keçdikdən sonra ilk yarışında qalib gəlmiş və Formula1-in yarış qazanan ən gənc sürücüsü statusunu qazanmışdı.

Lyuis Həmilton: “Ferstappenin 4 yarış qazanıb qazanmayacağını demək çətindir. Amma böyük potensialı var və çoxlu uğur qazana bilər. Onun necə sürdüyünü hamı görüb. İnkişaf üçün qarşısında uzun illər olacaq. 21 yaşım olanda Formula1-də yox idim və bu yaşında çoxlu uğur qazanıb. Bu cəhətdən məndən və digərlərindən öndədir.

Mən yarışdığım müddətdə onun qələbə qazanmaması üçün əlimdən gələni edəcəm. Çünki qələbələr qazanmaq üçün idmana gəlmişəm. Tezliklə yarışmağa başlamaq istəyirəm. Testlər vacib olsa da, rəqabət yoxdur. Mən isə mübarizə istəyirəm!”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*