L.Həmilton: Çempionlarla podium bölüşmək şərəfdir

Mercedes komandasının sürücüsü Lyuis həmilton bildirib ki, nəticədən razıdır və podiuma 2 çempion sürücü ilə çıxıdğı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 2-ci yerdən başlasa da, startda Fernando Alonsonu geridə qoyub. Lakin daha sonra yeddiqat Dünya Çempionu ispaniyalı rəqibinin hücumlarını dəf etməli olub. Ancaq pit-stoplardan sonra Alonso düzlükdə gözəl hücum edərək, Həmiltonu geridə qoyub. Yarışın sonların Lyuis yenidən rəqibinə yaxınlaşsa da, keçmək mümkün olmayıb və üçüncülüklə barışıb. Beləliklə, Kanadada podiuma 3 Dünya Çempionu yüksəlib.

Mercedes komandası keçən yarış Barselonada iki sürücüsü ilə podiuma çıxmış və Aston Martin 6 və 7-ci yerləri tutmuşdu. Lakin “yaşıllar” Kanadaya bəzi yeniliklər gətirərərək, həm sıralanma turunda, həm də yarışda Mercedes-dən üstün olublar. Hətta Alonso yarışın sonlarında problem yaşasa da, ikinciliyini qoruya bilib.

Lyuis Həmilton: “Düzünü desəm, bizim üçün əla həftəsonu oldu. Yavaç-yavaş fərqi bağlayırıq. Aston MArtin bəzi yeniliklərlə yenidən önə çıxıb, amma biz də bolidə yeniliklər gətirəcəyik.. Ancaq stabilliyimizi davam etdiirb, Monrealda podium görmək əla oldu. Bura çox gözəl şəhərdir. Hər il burada çoxlu azarkeş olur. Buraya gələn hər kəsə təşəkkür edirəm.

Əvvəlcə onu deyim ki, burada iki Dünya Çempionu ilə podiumu paylaşmaq böyük şərəfdir. Üçüncü olduğum üçün, mübarizə apardığım üçün doğrudan da çox həyəcanlıyam. Ancaq heyif ki, bu gün lazımi performansımız yox idi. Bu həftəsonu yavaş döngələrə görə özümüzü favorit kimi görmürdük. Fernando və Maksa qarşı bütün döngə çıxışlarında itirirdim. Maşının arxasına daha çox asfaltayatma əlavə etmək üçün işləməliyik. Ancaq fərqi bağlayırıq və dediyim kimi bir nöqtədən sonra onlara çatacağıq. Lakin Maks bir az qabaqdadır. Bu gün onlara bir az yaxın idik. Doğru yöndə addımlar atırıq”.

Qeyd edək ki, bu, Lyuisin builki üçüncü podiumudur. Yeddiqat Dünya Çempionu daha əvvəl Avstraliya və Barselonada fəxri kürsüyə yüksəlmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*