M.Zurer: “Red Bull bəhanə axtarırdı”

Sabiq Formula1 sürücüsü Mark Zurer bildirib ki, Red Bull Kvyatı komandadan göndərmək üçün bəhanə axtarırdı.

F-1.az xatırladır ki, Red bull komandası Kvyatı Rusiyadakı səhvindən sonra Toro Rosso-ya göndərmişdi və yerinə Ferstappeni gətirmişdi. İspaniyadan etibarən Red Bull-da Rikkardo və Ferstappen, Toro Rosso-da isə Sayns və Kvyat yarışacaqlar.

Mark Zurer hesab edir ki, Red Bull Kvyatı göndərmək üçün bəhanə axtarırdı: “Rusiyadakı hadisələr hamının başına gələ bilərdi. Bu yarışdır və belə şeylərin baş verməsi təbiidir.

Red Bull Ferstappeni komandaya gətirmək üçün bir səbəb axtarırdı. Bu çoxdan düşünülmüş bir plana oxşayır.

Maks ilə başqa komandalar da maraqlanırdı. Buna görə də Red Bull Kvyatı göndərməyə bəhanələr axtarırdı. Mən düşünürəm ki, Kvyat qurban verilən bir piyadadır.

Kvyata ikinci şans verildi, buna görə də vəziyyət pis deyil. Özünü göstərə bilər. Bir podium qazansa, bəlkə yerini qaytara bilər. Onun üçün heç nə bitməyib”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*