21 Avqust 2019, Çərşənbə - 13:37

Ən yaxşı döngələrdən ibarət tras – azarkeşlərin seçimi

Ən yaxşı döngələrdən ibarət tras – azarkeşlərin seçimi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:07 - 13 Dekabr, 2016

Toro Rosso komandası rəsmi Twitter səhifəsində bu il çox maraqlı bir eksperiment keçirib.

F-1.az xəbər verir ki, mövsümün əvvəlində italyanlar azarkeşlərindən xahiş etmişdilər ki, çempionatın hər bir yarışından sonra yarış keçirilən trasda ən yaxşı döngəni #TrackOfMyDreams həştəqi ilə paylaşsınlar. Sonra hər bir tras üçün bu döngələr arasında səsvermə keçirilib və hər tras üçün bir döngə seçilib.

Bu günlərdə komanda səsvermədə qalib gələn döngələri birləşdirməklə uzunluğu 16 kilometr olan çempionatın simvolik trasını təqdim edib…

NQran PriDöngə və təsviri
1Avstraliya10-11
2Bəhreyn9-10
3Çin1-4
4Rusiya2-4
5İspaniya1-2
6Monako9 (tunel)
7Kanada13-14 (çempionlar divarı)
Azərbaycan 7- 12 (İçərişəhər divarı)
9Avstriya5-7
10Böyük Britaniya6-8 (Brooklands, Luffield, Woodcote)
11Macarıstan4-5
12Almaniya4-6
13Belçika2-4 (Eau Rouge)
14İtaliya8-10 (Ascari)
15Sinqapur10-12
16Malayziya5-6
17Yaponiya3-6 (S Curves)
18ABŞ3-6
19Meksika12-15
20Braziliya1-2 (Senna S-s)
21Əbu Dabi1-4

 

Cədvəldən də göründüyü kimi, hər bir mərhələnin təqvimdəki nömrəsinə uyğun ən yaxşı döngəsi və ya döngələr ardıcıllığı simvolik trasda yer alıb. Bu il ölkəmizdə debüt etmiş Avropa Qran Prisinin vizit kartına çevrilmiş 7-12-ci döngələr ardıcıllığı, yəni İçərişəhərin divarı yanındakı hissəsi azarkeşlər tərəfindən də ən yaxşı hesab edilərək bu sxemə 8-ci döngə kimi salınıb.

Toro Rosso komandasının rusiyalı sürücüsü Daniil Kvyat simvolik trası təqdim edib…

 

Daniil Kvyat: “Deməliyəm ki, çox maraqlı tras alındı və mən bu trasda maşın sürmək istərdim – çempionatın ən maraqlı döngələrini bir yerə toplamışıq. Aydın məsələdir ki, belə bir tras üçün düzgün sazlanmalar tapmaq asan olmayacaq, amma əminəm ki, bu trasda çox maraqlı yarış alına bilərdi və sürücülər təkər-təkərə mübarizədən həzz ala bilərdilər.

Əlbəttə, belə bir layihəni reallaşdırmaq çətindir, amma niyə də arzulamayaq?

Məncə, trasın sonu, xüsusən də, sürətli döngələri, yəni 16-cı döngədən – Sepanqdan, Suzukanın S-indən Ostinə kimi çox maraqlı alınıb. Bu hissədə təkərlərə çox böyük yüklənmə düşəcək. Mən, ümumiyyətlə, sürətli döngələri xoşlayıram!

Aydındır ki, 1-ci DRS zonası yerləşən Hokkenhaym düzlüyünün sonunda ötmələr də mümkündür. Ümumən, bu trasda yarışlar maraqlı alınardı, elə sıralanma turunda da mübarizə gərgin olardı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 867
Teqlər , , , , , ,
Paylaş

logo