11 Dekabr 2018, Çərşənbə axşamı - 04:21

Avropa Qran Prisinin tarixi – 1983-cü il

Avropa Qran Prisinin tarixi – 1983-cü il

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:21 - 06 Mart, 2016

Uzaq 1983-cü ildə Formula1 üzrə dünya çempionatının son mərhələlərindən biri Nyu York şəhərində baş tutmalı idi. Nyu York Qran Prisini ABŞ-ın işgüzar paytaxtının mərkəzi küçələrində təşkil etmək planlaşdırılmışdı, amma yarışa bir neçə ay qalmış məlum oldu ki, layihəni reallaşdırmaq mümkün deyil. Təqvimdə boşluq yarandı – mövsümün sonuncu yarışı beş həftə sonra keçirilməli idi. Bu zaman Britaniyanın Brənds Hətç avtodromunun sahibləri maraqlı təklif irəli sürdülər – o zamanlar Britaniya Qran Prisini bu trasla Silverstoun növbələşərək keçirirdilər, ona görə də tras daim hazırlıqlı vəziyyətdə saxlanılırdı. Həmin mövsümdə Britaniya Qran Prisi Silverstounda keçirilmişdi, təklif olundu ki, boşluq bu trasda bir yarışla doldurulsun. FİA tras rəhbərliyinin təklifini dəstəklədi və yeni yarışa ad fikirləşməyi təklif etdi. Beləliklə də, təqvimdə AVROPA QRAN PRİSİ meydana gəldi…

F-1.az xatırladır ki, yerli tütün manufakturası John Player & Sons yarışa titul sponsorluğu etdiyi üçün ilk yarış tarixə John Player Grand Prix of Europe adı ilə düşür. Məhz bu şirkətin sponsorluq etdiyi Lotus komandasının sürücüsü Elio de Ancelis şənbə günü hamıdan sürətli olaraq karyerasında ilk poulunu qazanır. Amma italiyalı sürücünü yarışda heç kim favorit hesab etmirdi – Renault turbomotoru ilə təchiz edilmiş maşın həmin il 13 yarışdan yalnız ikisində finiş görməyə imkan vermişdi. Mövsümün sonuna cəmi iki yarış qalmışdı, titul isə dörd namizəd var idi – hər bir namizəd sabahkı yarışda maksimum xal qazanmağa çalışrıdı.

İki həftə əvvəl Montsada mövsümdə ikinci qələbəsinə sevinən Brabham komandasının braziliyalı sürücüsü Nelson Pike Ferrari komandasının sürücüsü Patrik Tambeni üstələyərək sürücülərin çempionatında üçüncü yerə yüksəlmişdi. Nelson Ferrarinin digər sürücüsü Rene Arnuya 3 xal uduzurdu, Renault komandasının gənc sürücüsü Alen Prost isə çempionata başçılıq edir və ilk titulunu qazanmağa çox yaxın idi.

Start düzümü maraqlı alınmışdı  ilk cərgədən de Ancelisin yanında Pikenin komanda yoldaşı Rikardo Patreze dayanmışdı. İkinci cərgədə Lotus-un digər sürücüsü yerli azarkeşlərin sevimlisi Naycel Mənsell və Pike yer almışdılar. Titula namizdə olan Ferrari sürücüləri 3-cü cərgəni zəbt etmişdilər – Tambe Arnudan bir neçə metr öndə idi. Renault komandasının sürücüləri isə yarışa 4-cü cərgədən başlayırdılar – maraqlıdır ki, Prost da komanda yoldaşı Eddi Çiverə uduzmuşdu.

Startda daha yaxşı tərpənən Patreze həmyerlisini qabaqlayaraq birinci döngəyə öndə girir. Bir neçə döngədən sonra Pike də Lotusun digər sürücüsünü keçərək 3-cü yerə yüksəlir. İlk dövrədni Prost 5-ci yerdə tamamlayır, Arnu və Tambe isə onu təqib edirdilər.

Tezliklə Rene Arnu yaxşı xal qazanmaq şansını itirir – Ferrari sürücüsü səhvə yol verir, trasdan çıxır və peletonun sonuna düşür.

Altıncı dövrədən başlayaraq de Ancelis motorda kənar səslər eşitməyə başlayır. Mövsümün gedişində ona başağrısı olan bu səslərdə Elio başa düşür ki, bir neçə dövrədən sonra motor işləməkdən imtina edəcək. Ona görə də həmyerlisinə hücum etmək qərarına gəlir.

Lotus sürücüsü 10-cu dövrədə Patrezeni gec əyləci basmaqla keçməyə cəhd edir, amma trayektoriyaya qayıdan Brabham sürücüsü ilə toqquşur. Hər iki sürücü trasa qayıtsa da, Nelson Pike yanlarından ötüb liderliyi ələ alır. Patreze təkərlərinə hopmuş tozu təmizləməmiş Prost da ona yaxınlaşır, bir-iki döngədən sonra fransalı professor da onun müqavimətini qıraraq ikinciliyə yüksəlir. Elio de Ancelis iki dövrədən sonra dayanmalı olur – motor yenə də partlayır.

Bundan sonra əsas yerdəyişmələr liderlərdən arxada baş verir. Patreze pit-stop zamanı çoxlu vaxt itirir, üçüncülüyə yüksəlmiş Tambenin maşınında isə əyləclər sıradan çıxır.

Nelson Pike isə tarixin ilk Avropa Qran Pisində podiumun ən yüksək pilləsinə qalxır. Ardıcıl ikinci qələbəsi sayəsində braziliyalı dünya çempionu bu yarışda sonra çempionatda Alen Prosta cəmi iki xal uduzur. Çempionatın taleyi 3 həftədən sonra Cənubi Afrika Respubliksaının Kyalami trasında keçiriləcək son yarışda həll olacaqdı.

Tribunalarda isə azarkeşlərin sevincinin həddi-hüdudu yox idi. Onların sevimlisi Naycell yarışı 3-cü yerdə başa vurmuşdu. “Britaniyalı şir” təxəllüsünü daşıyan Naycel karyerasında 3-cü dəfə podiuma yüksəlsə də, ilk dəfə yarışda sürətli dövrəyə imza atmışdı.

P.S. Conatan Palmer karyerasında ilk dəfə sıralanma turunu keçərək öz doğma trasında yarışda start almışdı. Finişdə 13-cü olan Conatan bu il dünya çempionatında debüt edəcək Culian Palmerin atasıdır.

P.P.S. Yarışda 6-cı yeri tutan Bruno Cakomelli karyerasında son xalını qazanmışdı…

25.09.1983. John Player Grand Prix of Europe

Mövsümün 14-cü, tarixin 387-ci yarışı

Dövrənin uzunluğu – 4 206 m, dövrələrin sayı – 76, yarış məsafəsi – 319 664 m

Günəşli, isti, quru

YerStartNSürücüKomandaDövrəZaman/FərqXal
145 Nelson PikeBrabham-BMW761:36:46.19
2815 Alen ProstRenault76+ 0:06.5716
3312Флаг Великобритании Naycel MənsellLotus-Renault76+ 0:30.3154
41422Флаг Италии Andrea de ÇezarisAlfa Romeo76+ 0:34.3963
51135Флаг Великобритании Derek UorikToleman-Hart76+ 0:44.9152
61236Флаг Италии Brunno CakomelliToleman-Hart76+ 0:52.1901
726Флаг Италии Rikardo PatrezeBrabham-BMW76+ 1:12.684
899Флаг Германии Manfred VinkelhokATS-BMW75+ 1 dövrə
9528Флаг Франции Rene ArnuFerrari75+ 1 dövrə
10716Флаг США Eddi ÇiverRenault75+ 1 dövrə
111830Флаг Бельгии Tyeri ButsenArrows-Ford75+ 1 dövrə
122133Флаг Колумбии Roberto QerreroTheodore-Ford75+ 1 dövrə
132542Флаг Великобритании Conatan PalmerWilliams-Ford74+ 2 dövrə
141940Швеция Stefan YuxanssonSpirit-Honda74+ 2 dövrə
152326Флаг Бразилии (1968-1992) Raul BoyzelLigier-Ford73+ 3 dövrə
627Флаг Франции Patrik TambeFerrari67Trasdan çıxıb
263Флаг Италии Mikele AlboretoTyrrell-Ford64Mühərrik
2432Флаг Италии Pyerkarlo QindzaniOsella-Alfa Romeo63Drossel
1729Флаг Швейцарии Mark ZurerArrows-Ford50Mühərrik
161Флаг Финляндии Keke RosberqWilliams-Ford43Mühərrik
1523Флаг Германии Mauro BaldiAlfa Romeo39İlişmə muftası
107Флаг Великобритании Con UotsonMcLaren-TAG36Trasdan çıxıb
204Флаг США Dənni SallivanTyrrell-Ford27Yağ sızıb
138Флаг Австрии Niki LaudaMcLaren-TAG25Mühərrik
111Флаг Италии Elio de AncelisLotus-Renault12Yağ nasosu
2225Флаг Франции Jan-Pyer JaryeLigier-Ford0İlişmə muftası
17Флаг Великобритании Kenni EyksonRAM-FordSıralanma turunu keçməyib
31Флаг Италии Korrado FabiOsella-Alfa RomeoSıralanma turunu keçməyib
2Флаг Франции Jak LaffitWilliams-FordSıralanma turunu keçməyib

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 1. 045
Teqlər , , , , ,
Paylaş

logo