C.Rassell: Fürsətlərdən yararlanacağıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, fürsətlərdən maksimum istifadə edəcəklər.

F-1.az xatırladır ki, Mercedes-in Ciddədə normal şəraitdə podium uğrunda mübarizə aparması gözlənilmir. Ancaq xaotik hallar baş versə, Mercedes sürücüləri podiuma yüksələ bilərlər.

Corc Rassell: “Çox sürətl və sürücülər üçün həyəcanlı olan Ciddəyə qayıtmaq gözəldir. Ancaq Bəhreyndəki problemlər davam edir. Red Bull və Ferrari ilə fərqi bağlamaq üçün çox işləməliyik.

Bu həftə sıralanma turunda əlimizdən gələni edib, yarışda çox xal almağa çalışacağıq. Bu trasda hər şey baş verə bilər. Hər fürsətdən yararlanmalı və liderlərlə mübarizə aparmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*