18 Avqust 2019, Bazar - 23:55

N.Rosberq: “Bu il hər şey dəyişilə bilər”

N.Rosberq: “Bu il hər şey dəyişilə bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

20:30 - 24 Yanvar, 2017

Formula1 üzrə sonuncu Dünya Çempionu Niko Rosberq bildirib ki, reqlament dəyişdikdən sonra işlər bir az qarışa bilər.

F-1.az xatırladır ki, bu ildən etibarən Formula1-in texniki reqlamentində dəyişikliklər olacaq və təkərlərin eni 25 faiz artacaq.

Niko Rosberq Mercedes-in 2017-ci il bolidi barədə danışıb: “Bolid gözəl görünür. Çox sürətli olacaqlar və bu bolidlərlə mübarizə aparmaq daha çox həzz verəcək. Hər komanda bəzi müəmmalarla bolidlərini dizayn edir. Bəziləri çox yaxşı işlər görəcək. Bəziləri isə çox çətinlik çəkəcəklər. Belə olan halda startdakı düzülüşlər də dəyişilə bilər. İlk yarışların maraqlı olmasını gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 738
Teqlər ,
Paylaş

logo