L.Həmilton: Bolid istədiyimi verdi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bolid istədiyi hər şeyi verib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Braziliyadakı sıralanma turunda 1-ci yeri tutub. Yeddiqat Dünya Çempionu ən yaxın rəqibi Ferstappeni 0.4 saniyə qabaqlayaraq, sprint yarışına birinci yerdən başlamaq haqqı əldə edib.

Lyuis Həmilton: “Bu günü çox sevdim. Bolid üçün düzgün sazlanma tapmağa çalışırıq və çox şey sınayırıq. Çox çətin oldu. Bolid üçün sazlanma tapmaq çox çətin idi, amma sonda inanılmaz idi. Boksdakı hər kəs əlindən etdi və bu nəticə onların işinin sübutudur”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*