09 Dekabr 2018, Bazar - 23:57

B.Ekklstoun: “Yenidən diktator olmalıyam”

B.Ekklstoun: “Yenidən diktator olmalıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

12:18 - 28 Aprel, 2016

Formula1-in rəhbəri Berni Ekklstoun bildirib ki, yenidən F1-in diktatoru olmaq istəyir…

F-1.az xatırladır ki, bəzi söz-söhbətlərə görə, Ferrari və Mercedes komandaları Ekklstounun vəzifədən getməsi üçün gizli kampaniya aparırlar.

Berni Ekklstoun: “Mən tez-tez şikayət etdim və yenə də şikayət edirəm. Bu sistem səhvdir.

Biz icazə verdik ki, Ferrari və Mercedes bizi idarə etsin. Bəs necə? Onlar komandaların çoxunu mühərriklə təmin edirlər və o mühərriklər komandalar üçün çox vacibdir.

Biz yeni ideyalar gətirəndə, çempionat iştirakçıları ilə əlbir olmalıyıq. Bu, düzgün deyil.

Demokratiya işləməyəndə belə olur. Əvvəlki illərə qayıtmalıyıq və Formula1-i yenidən qurmalıyıq. Mən o vaxtı daha güclü idim! Diktator idim!

Ancaq indi demokratiyadır və komandalar bundan istifadə edib, idmana zərər verirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər , ,
Paylaş

logo