11 Dekabr 2018, Çərşənbə axşamı - 00:53

L.Həmilton: “Ferrari bizi keçə bilər”

L.Həmilton: “Ferrari bizi keçə bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

21:11 - 17 Mart, 2016

Lyuis Həmilton düşünür ki, Ferrari komandasının Avstraliya yarışında gizli silahı var.

F-1.az xatırladır ki, Formula1 üzrə 2016-cı il mövsümünün ən böyük favoriti Mercedes AMG komandasıdır, amma Lyuis Həmilton bildirib ki, bu dəqiq deyil: “Mən düşünürəm ki, bu mövsüm komandalar bir-birinə yaxın olacaqlar.

Məncə Ferrari komandasının gizli silahı var. Onların dediklərindən belə başa düşdüm ki, onlar bizə çox yaxın olacaqlar. Onlar buraya bizdən geridə gələ bilərlər, amma ikinci yarışda onlar bizi qabaqlaya bilərlər”.

Ancaq Həmilton komandasına güvənir: “Həmişə istəyirəm ki, hər şey mükəmməl olsun. Həmişə öyrənirəm, inkişaf edirəm və böyüyürəm.

Nə baş verəcəyini bilmirəm. Nə qədər böyüyəcəyimi də bilmirəm. Mən də hamı kimi həyəcanlıyam. Biz həmişə istəyirik ki, mükəmməl dövrələr ataq və mükəmməl yarışlar keçirdək. Biz həmişə güclənirik”.

Mütəxəssislər düşünür ki, Ferrari bu il çox güclü olacaq. Ferrari komandasının sürücüsü Sebastyan Fettel isə bildirib ki, onlar Mercedes AMG ilə fərqi bağlayıblar, ancaq onlarla mübarizə apara bilmək üçün zamana ehtiyacları var: “Mercedes AMG ilə mübarizə apara bilərik, amma biz bilmirik ki, bunu nə vaxt edə bilərik.

Mən düşünürəm ki, doğru yoldayıq və inkişaf edirik. Keçən il də bunu etdik. Qış ayları ərzində inkişaf etdik, amma ilk yarışlarda gözləməliyik və sonra nələr olacağını görəcəyik.

Mən Mercedes AMG-nin favorit olduğunu desəm, bu təəccüblü olmaz, amma mövsüm ərzində biz də favorit olmaq istəyirik”.

Sebastyan Fettel bildirib ki, ilk yarışda Toro Rosso komandasından sürpriz gözləmək olar: “Mercedes AMG dözümlüdür və sürətlidir. Ona görə də favoritdir. Mövsümöncəsi testlərdə biz Mercedes AMG-yə keçənilkinə nisbətən yaxın idik.

Ancaq Toro Rosso da irəliyə doğru addım atıb. Keçən il bolidləri güclü idi. Bu il Ferrari mühərriyinə keçdilər və daha güclü olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 385
Teqlər , , , ,
Paylaş

logo