11 Dekabr 2018, Çərşənbə axşamı - 04:10

Rusiya-2016: İkinci sərbəst yürüşlər

Rusiya-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:43 - 29 Aprel, 2016

Nahardan sonra trasın vəziyyəti yaxşılaşıb, asfaltın temperaturu +40 dərəcəyə çatıb, amma hətta yumşaq təkərlərlə asfalta ilişmək asan olmayıb – nahara qədər olduğu kimi sürücülərin əksəriyyəti maşınlara zərər yetirmədən səhvlərə yol veriblər.

F-1.az xəbər verir ki, sürücülər sessiyaya Soft təkərlərlə başlasalar da, tez bir zamanda SuperSoft-a keçiblər – qısa dövrələr seriyasında hər iki təkər tərkibinin yeyilmə dərəcəsini qiymətləndirmək bazar günü yarış üçün vacibdir. Medium tərkibi ilə heç kim işləməyib. SuperSoft tərkibini optimal rejimə çatdırmaq üçün bir neçə dövrə vurmaq lazım gəlib – çox güman ki, sıralanma turunda keçən il olduğu kimi sürücülər bir neçə dövrəlik seriyalarla işləyəcəklər.

Sessiyanın 30-cu dəqiqəsində Fettel start düzlüyündə dayanıb – gözlənilmədən elektronika motoru söndürüb. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub, maşın operativ təxliyə olunub və Sebastyan bir daha trasa qayıtmayıb.

Həmiltonun maşınında hidravlik sistemdə sızıntı əmələ gəlib, amma mexaniklər nasazlığı operativ aradan qaldırıblar. Sessiya başa çatdıqdan sonra isə 14-cü döngədə Paskal Verlyayn dayanıb.

Protokollara Həmilton başçılıq edib – 1:37.583, ən böyük məsafəni isə səhər olduğu kimi Valtteri Bottas qət edib – 42 dövrə. Sabah səhər məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes1:37.58330
25Sebastyan FettelFerrari1:38.235+0:00.65210
36Niko RosberqMercedes1:38.450+0:00.86737
47Kimi RəykkönenFerrari1:38.793+0:01.21035
53Daniel RikkardoRed Bull1:39.084+0:01.50134
677Valtteri BottasWilliams1:39.185+0:01.60242
726Daniil KvyatRed Bull1:39.193+0:01.61032
822Censon BattonMcLaren1:39.196+0:01.61331
919Felipe MassaWilliams1:39.289+0:01.70638
1014Fernando AlonsoMcLaren1:39.400+0:01.81730
1155Karlos SaynsToro Rosso1:39.465+0:01.88237
1233Maks FerstappenToro Rosso1:39.501+0:01.91830
1327Niko HülkenberqForce India1:39.795+0:02.21231
1411Serxio PeresForce India1:39.867+0:02.28438
1520Kevin MaqnussenRenault1:40.193+0:02.61041
168Roman QrojanHaas1:40.260+0:02.67724
1721Esteban QutyerresHaas1:40.508+0:02.92526
1830Colion PalmerRenault1:40.688+0:03.10537
1912Felipe NasrSauber1:40.740+0:03.15731
2088Rio HaryantoManor1:41.080+0:03.49738
2194Paskal VerlyaynManor1:41.148+0:03.56523
229Markus ErikssonSauber1:41.652+0:04.06929

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər , , , ,
Paylaş

logo