18 Dekabr 2018, Çərşənbə axşamı - 00:00

K.Horner: “Həmiltonun cavabını verdik”

K.Horner: “Həmiltonun cavabını verdik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:17 - 17 Aprel, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Çində qalib gələrək, Ferrari və Mercedes-lə eyni gücdə olduqlarını göstəriblər.

F-1.az xatırladır ki, Red Bull komandası təhlükəsizlik maşını rejimindən maksimum istifadə edərək, 2018-ci ildə ilk qələbəsini qazanmışdı.

Kristian Horner: “Həftəsonu mükəmməl idi. Çində qalib gələ bildik və bu tras ən güclü olduğumuz traslardan deyil. Lyuis Həmilton Bəhreyndən sonra bizim Mercedes və Ferrari ilə eyni gücdə olmadığımızı demişdi. Məncə, bu həftəsonu onlara gücümüzü göstərdik. Bütün idman növlərində işiniz çətinləşə bilər və qələbəsiz qalmağa başlayarsınız. Mercedes-in bolidi çox sürətlidir. İlk üç yarışda qalib gələ bilməməkləri inanılmazdır. Qətiliklə bilirəm ki, növbəti yarışlarda qalib gələcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər , , , ,
Paylaş

logo