L.Həmilton: “Formula1 təhlükəli olmalıdır”

Lyuis Həmilton bildirib ki, təhlükə Formula1-in bir hissəsidir və bu risk həmişə olmalıdır...

F-1.az xəbər vermişdi ki, Red Bull komandası sabah birinci sərbəst yürüşlərdə başın qorunması sistemini test edəcək. Lyuis Həmilton Red Bull-un aeroscreen adlı sistemi barədə danışıb: “Bolidə minəndə, bilirəm ki, təhlükənin içindəyəm.

Mənim 8 yaşım olanda da vəziyyət eyni idi və mən risk etməyə həmişə hazıram. Buradakı bütün sürücülər bu riskləri almağa hazırdırlar.

Bir uşaq Formula1-ə baxanda “Bu sürücülər, deyəsən, dəli olublar. Bunlar öləcəklər” deməlidir. Formula1-ə baxanlar hamısı bilir ki, bu təhlükəli idman növüdür”.

Həmilton bildirib ki, idmanda təhlükəsizlik tədbirləri artırılmalıdır, amma o, Red Bull-un aeroscreen sistemini bəyənmədiyini əlavə edib: “Sürücülərin başının üstünü belə örtəndə bolid hərbi təyyarələrə bənzəyəcək. Ya da polislərin istifadə etdiyi qalxanlara.

Biz istəyirik ki, Formula1 bolidlərini gözəlləşdirək, amma hazırda bolidin üstündə ifrazata bənzər baryer var.

Halo sistemi isə karbon liflərindən düzəldilib və çox güclü detaldır, amma Avstraliyadakı qəzada Alonsonu boliddən çıxmağa qoymazdı.

FİA-nın təhlükəsizlik üçün iş görməsi çox gözəldir, amma ümidvaram ki, Formula1 bolidlərinin gözəlliyinə əl dəyməzlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*