L.Həmilton nə qədər maaş alacaq?

Britaniya mətbuatının verdiyi xəbərə əsasən Lyuis Həmilton illik 40 milyon funt məvacib alacaq.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu dünən Mercedes ilə yeni ikiillik müqavilə bağlayıb. Həmişəki kimi britaniyalı pilotun məvacibi açıqlanmayıb. Lakin dedi-qodulara görə Həmiltonun maaşının azalacağı, amma çempionluq bonusunun artacağı deyilirdi.

Britaniya mətbuatı xəbər verir ki, 36 yaşlı pilot yeni müqavilədə illik 40 milyon funt qazanacaq. Bu rəqəm bonuslarla arta bilər. Beləliklə, Həmilton iki ilə ən azı 80 milyon funt qazanacaq.

Tərəflər bu barədə heç bir rəsmi açıqlama verməyiblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*