Əvvəllər mühərrik reqlamentinin 2031-ci ildə dəyişəcəyi düşünülürdü, lakin FİA və istehsalçılar 2030-cu ildə V8-ə keçidlə bağlı razılığa gəliblər və General Motors cəmi bir mövsüm üçün güc qurğusu hazırlamağı sərfəli saymayıb. Üstəlik, hazırlıq üçün əlavə bir il də artıq olacaq.
Dən Tauriss, Cadillac-ın icraçı direktoru: “Biz 2029-cu ilin sonuna qədər Ferrari-nin müştərisi olaraq qalacağıq və 2030-cu ildə V8 mühərrikli Cadillac güc qurğusunu istifadəyə verəcəyik”.





