16 Oktyabr 2019, Çərşənbə - 01:50

S.Abitebul: “Red Bull ilə inkişaf edə bilməzdik”

S.Abitebul: “Red Bull ilə inkişaf edə bilməzdik”

Müəllif: Elçin Zodorov, redaktor

12:36 - 23 Yanvar, 2016

Red Bull komandasının rəhbərliyi keçən il Renault mühərriklərindən imtina etdiyini, növbəti mövsüm başqa mühərriklərə keçəcəyini bildirmişdi. Amma Mercedes, Ferrari və daha sonra Honda-dan mühərrik almaq istəyən komanda rədd cavabı almış, yenidən Renault ilə işləməyə məcbur olmuşdu.

F-1.az xatırladır ki, Red Bull bu mövsüm TAG Heuer brendi altında Renault mühərrikləri ilə mübarizə aparacaq.

Lotus-u alan Renault zavod komandası quraraq yenidən Formula1-ə geri qayıdıb. Bu vəziyyətdə Red Bull-a eynigüclü mühərriklərin verilib-verilməyəcəyi maraq doğurur.

Siril Abitebul: “Red Bull ilə münasibətimiz heç də yaxşı deyildi. Keçən mövsüm bunu daha aydın gördük. Münasibətimizi düzəltmək üçün çox çalışdıq, amma olmadı. Müasir Formula1 çox fərqlidir. Uğur üçün təkcə mühərrik tədarükçüsü olmaq kifayət etmir. Bütünlükdə bolid üzərində işləmək vacibdir. Buna görə də, Red Bull-a mühərrik verərək inkişaf etməyimiz mümkün deyildi”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 607
Teqlər , , , , , ,
Paylaş

logo