McLaren Alonsonu komandada saxlamaq üçün Honda-nı Mercedes-ə dəyişəcək?

F-1.az xəbər verir ki, Dailymail.co.uk resursu McLaren-in həm rəqabət qabiliyyətini artırmaq, həm də Fernando Alonsonu komandada saxlaya bilmək üçün Mercedes motorlarına keçmək üçün danışıqlar apardığını yazıb.

Xatırladaq ki, McLaren üçüncü ildir ki, gözlədiyini ala bilmədiyi Honda-dan artıq narazıdır. Bu narazılıq komanda rəhbərliyinin və Fernando Alonsonun Kanada Qran Prisi ərəfəsindəki çıxışlarında özünü aydın biruzə verib – Zək Braun belə gedərsə yaponlarla yollarını ayıracaqlarını, ispan sürücü isə 3 ay ərzində qələbə qazanmazsa, McLaren-i tərk edəcəyini bildirib.

Daily Mail-in məlumatına görə, əgər bu baş verərsə, McLaren motor tədarükçüsü Honda-nın onlara ödədiyi illik 100 milyon dollardan məhrum olacaq. Üstəlik, komandanın xərcləri artacaq – güc qurğularını almaq üçün əlavə vəsait tələb olunacaq. Ferandonun illik maaşının 25 milyon dollarlıq hissəsini ödəməyi McLaren Group-un səhmdarlarından Mənsur Occeyin öz üzərinə götürdüyü iddia olunur.

Mercedes bu məsələyə münasibət bildirməkdən imtina edib…

, , , , , , ,
Müzakirə bağlıdır.