F.Alonso: “Həmilton rəqibsiz idi”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, 2017-ci il Lyuis Həmilton üçün asan keçib.

F-1.az xatırladır ki, Lyuis Həmilton Meksikada dövrəvi sürücü olsa da, karyerasının 4-cü Dünya Çempionu titulunu qazanıb. Britaniyalı sürücü Ceyms Hantdan sonra ilk sürücüdür ki, dövrəvi olduğu yarışdan sonra çempionluğu elan edir.

Fernando Alonso: “Lyuis üçün asan mövsüm oldu. Tək başına yarışıb çempion oldu. Əvvəlki illərdə ən azından Niko Rosberq ilə mübarizə aparırdı. Hər şey onların istədiyi kimi oldu. Ümid edirəm ki, gələn il McLaren komandası Renault motoru ilə 2018-ci ildə onlara çətinlik yaradar. Mənim üçün gözəl yarış oldu. Yaxşı start aldıq və daha sonra xal qazanmaq üçün şansımızın olduğunu bilirdik. Sona qədər mübarizə apardığımız üçün sevinirəm.

Yarışın sonunda Həmilton ilə mübarizəyə başlayanda düzlük sürətimiz zəif idi. Bilirdim ki, hücum edəcək. Hər dəfə əyləcə gec basmaqla, yerimi qorumağa çalışdım. Amma mümkün olmadı. Əyləncəli 15 saniyə keçirdim.

Lyuis McLaren-in döngələrdə çox güclü olduğunu bilir. Gələn il tam dövrədə güclü olacağıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*