25 İyun 2019, Çərşənbə axşamı - 09:58

L.Norris Alonsoya minnətdardır

L.Norris Alonsoya minnətdardır

Müəllif: Rauf Hacıyev, redaktor

10:18 - 15 Dekabr, 2018

Gələn il McLaren komandası ilə Formula1-də debüt etməyə hazırlaşan Lando Norris bildirib ki, Fernando Alonso ona çox şey öyrədib.

F-1.az xatırladır ki, gənc sürücü keçən il 24 saatlıq Daytona marafonunda Alonso ilə komanda yoldaşı olmuşdu.

Lando Norris: “O çox güclü sürücüdür. Daytonada onunla yarışdım və Formula1-dəki yarışlarını izlədim. Bir yerdə çox iş gördük. Çox yaxşı insandır və onun necə işlədiyini gördüm. Hər yarış həftəsonunda çəkdiyi çətinlikləri görmək mənim üçün yaxşıdır. Onun Stoffellə olan fərqi keyfiyyətindən xəbər verir. Ondan çox şey öyrəndim. Onu belə tez tanımaq mənim üçün yaxşı oldu. Yaşam tərzi ilə tanışdım. O, Formula1-də görmək istədiyim ilk adam idi. McLaren-ə ona görə gəlmişəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 268
Teqlər ,
Paylaş

logo