T.Volff Alonsonu niyə transfer etmədiklərini açıqlayıb

Mercedes Motorsport-un rəhbəri Toto Volff nəyə görə Fernando Alonsonu transfer etmədiklərini açıqlayıb.

F-1.az xatırladır ki, Rosberq istefa verdikdən sonra onu əvəzləmək üçün ən real namizədlər Alonso, Bottas və Verlyayn sayılırdı. Amma “gümüşü oxlar” sonda Bottası transfer etmişdilər.

Volff bildirib ki, Alonso-Həmilton cütü komanda üçün çox həyəcanlı olardı: “Azarkeşləri başa düşürəm. Mən də Fernandonu Mercedes-də görmək istərdim və bu, 2007-ci ildəki mübarizənin davamı olardı. Amma bu hal komandanın fəlsəfəsinə uyğun deyil. 2007-ci il Mercedes üçün məyusedici oldu. O vaxt McLaren-in ortağı idik və onlarla münasibətimiz yaxşı idi. Əlbəttə, insanlar get-gedə böyüyürlər.

Həmilton-Alonso həyəcanverici cütlüklərdən biri olar. Amma Mercedes üçün həddən artıq həyəcanverici olar”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*