S.Vandornun sürücü nömrəsi bəlli olub

Sabah Formula1 çempionatında debüt edəcək Stoffel sürücü nömrəsi kimi 47 rəqəmini seçib.

F-1.az xəbər verir ki, Avstraliya Qran Prisindəki ağır qəzada aldığı zədələrə görə yarışa buraxlmayan Fernando Alonsonu əvəzləyəcək Stoffel Vandornun sürücü nömrəsi bilinib. Bu gün açıqlanan iştirakçı siyahısında adı qeyd olunan sürücü 47 rəqəmini seçib.

Bəhreyn Qran Prisi ilə Formula1-də debüt edəcək Vandorn qışda keçirilən yağış testlərində McLaren-i təmsil etmişdi.

Xatırladaq ki, belçikalı gənc sürücü keçən il GP2-də çox böyük fərqlə çempion olmuşdu…

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*