C.Batton: “Maqnussenin qayıtmasına sevindim”

McLaren Honda komandasının sürücüsü Censon Batton bildirib ki, Maqnussenin yenidən Formula1-ə qayıtmasına görə məmnun olub.

F-1.az xatırladır ki, Kevin Maqnussen 2014-cü ildə McLaren komandasında debüt edib, ancaq 2015-ci ildə Alonsonun McLarenə transferindən sonra komandada ehtiyat sürücü olub.

Danimarkalı sürücü 2015-ci ilin sonunda McLaren-dən ayrılıb və 2016-cı ildə Renault komandası ilə yarışlara yenidən qayıdıb.

Censon Batton: “Mən bilirdim ki, Kevin yarışacaq və ona mesaj atdım. Onun idmana yenidən qayıtması əla oldu.

Kevin çox istedadlı sürücüdür və Formula1-də yarışmağa layiqdir. O, çox sürətli sürücüdür və hər şeyi asanlıqla öyrənə bilir, keçən il mənimlə Fernando Alonsonu izlədi. Yaşına görə çox təcrübəli sürücüdür. Mən əminəm ki, o, yaxşı nəticələr alacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*