L.Həmilton: “Alonsoya qarşı isbat edəcəyim heç nə yoxdur”

Mercedes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, əgər onlar Fernando Alonso ilə yenidən komanda yoldaşı olsalar, ona qarşı sübut edəcəyi heç bir şeyi olmayacaq.

F-1.az xatırladır ki, Fernando Alonso və Lyuis Həmilton 2007-ci ildə komanda yoldaşı olublar. Alonso həmin mövsüm 2 qat Dünya Çempionu statusuna sahib olduğu halda, Həmilton debutant idi və həmin mövsüm hər iki sürücü də çempionluq mübarizəsi aparmışdı.

Həmilton isə bildirib ki, artıq hər ikisinin də sübut edəcək heç bir şeyi yoxdur: “Kimə qarşı yarışdığım mənimçün önəmli deyil. Burada xoşbəxtəm. Alonso ilə komanda yoldaşı olmuşuq və nəticəsini görmüşük. Düşünürəm ki, artıq isbat edəcəyimiz heç nə qalmayıb”.

Qeyd edək ki, Alonso və Həmilton 2007-ci ildə eyni sayda xal toplayıblar, amma Həmilton bir ikincilik artıq qazandığı üçün Alonsonu qabaqlayıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*