17 Avqust 2019, Şənbə - 15:38

K.Maqnussen: “Yanğın maşını tez tərk etməyin vacibliyini göstərdi”

K.Maqnussen: “Yanğın maşını tez tərk etməyin vacibliyini göstərdi”

Müəllif: Elçin Zodorov, redaktor

12:41 - 30 Sentyabr, 2016

Cümə günü keçirilən ilk sərbəst yürüş sessiyasında alışan maşınını sürətlə tərk edən danimarkalı sürücü Halo sistemi olacağı təqdirdə bunu etməyin mümkün olmayacağını deyib…

F-1.az xatırladır ki, sərbəst yürüşlərin birinci sessiyasında ilk dövrəsini vuraraq pitə qayıdan Renault-nun sürücüsü Kevin Maqnussenin maşınının motor qapağında yanğın baş vermiş, yanğınsöndürənlər maşına müdaxilə edərkən o da maşını cəld tərk etmişdi. Lakin o, Halo sisteminin buna mane ola biləcəyini düşünür.

Kevin Maqnussen: “Mən hələ ki, Halo sistemini test etməmişəm. Buna görə də, bu barədə suallara ən yaxşı cavabı verə biləcək adam mən deyiləm. Sistemi test edənlərdən maşını bu qədər sürətli tərk etməyin mümkün olub-olmadığını soruşa bilərsiniz. Maşın alovların içindədirsə, 5 saniyə olduqca uzun müddətdir.

Maşının alışması ekranlarda çox dramatik görünür, amma əslində belə deyildi. Bu, Formula1-də vaxtaşırı baş verən bir şey idi. Maşında hər şey qaydasında idi. Lakin qəfildən tüstü gördüm və maşın alovlandı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 387
Teqlər , , ,
Paylaş

logo