İshaq Həcər: “Hazırda bu, məni xüsusilə çox məyus edir. Son yarışlarda ilk beşlikdə belə finişə çata bilmirdim. Malayziyanı nəzərə almasaq, hər bazar günü nəsə baş verirdi.
Gec-tez hər şey qaydasına düşəcək – bu, sadəcə zaman məsələsidir. Sürətimə gəlincə, düşünürəm ki, son yarışlarda kifayət qədər layiqli təsir bağışlayırdım, buna görə də mübarizəni davam etdirəcəyəm. Bu trasda çox şey dəyişkən hava şəraitindən asılı olacaq, ona görə də xüsusilə diqqətli olmalıyam”.





