Red Bull sürücüləri Bakı yarışına hazırlıq barədə

Red Bull Racing komandasının sürücüsü Maks Ferstappen Bakıdakı şəhər trasının xüsusiyyətlərindən danışıb, onun komanda yoldaşı Ayzek Həcər isə bilək zədəsinə görə üç mərhələni buraxdıqdan sonra sükan arxasına qayıdışından bəhs edib.

Maks Ferstappen: “Madriddə yaxşı nəticə əldə etmişik və komanda müsbət ovqatı qorumaq, eyni zamanda, Bakıda maşının potensialını maksimum üzə çıxarmaq üçün çox işləyib.

Trasda uzun düzlüklər var, buna görə burada güc qurğusunun yüksək səmərəliliyi lazımdır, amma bununla yanaşı, xüsusən ikinci sektorda yer alan asta döngəlar üçün kifayət qədər çox asfaltayatma qüvvəsi də vacibdir.

Bakı texniki baxımdan çətin şəhər trasıdır, amma burada pilotaj etmək maraqlıdır. Son bir neçə yarışda maşınla işdə yaxşı irəliləyiş əldə etmişik və Bakı mərhələsi ilə bağlı xoş xatirələrimiz var. Ayzekin zədədən sonra sağalaraq bu mərhələdə yenidən sükan arxasına qayıtması da əladır”.

Ayzek Həcər: “Öz maşınımın sükanı arxasına qayıtdığıma görə çox şadam. Son bir ay mənim üçün asan keçməyib – həyatımda ilk dəfə idi ki, yarışlarda iştirak etmirdim və bu qəribə hissə alışmaq heç də asan olmayıb. Zədədən dərhal sonra mümkün qədər tez qayıtmaq üçün bütün diqqətimi bərpaya yönəltmişdim.

Bu müddətdə göstərdikləri səbirə görə Lorana və bütün komandaya təşəkkür etmək istəyirəm. Qərarda tələsməmək vacib idi və indi ən yaxşı bacardığım işə – yarışlara qayıtmağa hazır olduğumu hiss edirəm.

Bakı unikal trasıdır və burada həftəsonunun ilk anlarından etibarən tam diqqətli olmaq lazımdır. Sükan arxasında olmayandan xeyli vaxt keçib, amma simulyatorda iş yaxşı alınıb, buna görə indi trasa qayıdışı səbirsizliklə gözləyir və dərhal yaxşı temp yığacağıma ümid edirəm”.

, ,