McLaren Rikkardoya 20 milyon avro təklif edib?

Almaniya mətbuatının verdiyi xəbərə əsasən, McLaren komandası Daniel Rikkardoya illik 20 milyon avro maaş təklif edib.

F-1.az xatırladır ki, Red Bull komandası gələn ildən Honda mühərriyinə keçəcək və yaponiyalı istehsalçı idmana qayıtdıqdan sonra elə də uğurlu çıxış etməyib. Bu hal avstraliyalı sürücünün alacağı qərara təsir edə bilər. Helmut Marko bildirib ki, McLaren komandadı Rikkiardoya saysız-hesabsız təkliflər göndərsə də, 28 yaşlı sürücü hələ də gözləmə mövqeyindədir: “Daniel hazırda bazarın kralıdır. McLaren hər həftə ona daha çox pul təklif edir. Rikkardo hazırda Həmiltonun qərarını gözləyir. Bir az qəribə haldır və ümid edirəm ki, tezliklə bitər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*