A.Elbon: Ferstappeni ötmək çətindir

Red Bull komandasının sürücüsü Aleksander Elbon dördüncü yeri tutduğu üçün təəccüblənməyib.

F-1.az xatırladır ki, taylandlı sürücü cümə sərbəst yürüşlərində qəza etdikdən sonra yeni şassiyə keçib. Sıralanma turunda komanda yoldaşı Ferstappendən 0.6 saniyə geri qalan gənc sürücü 4-cü yeri tutub.

Aleksander Elbon: “Bəzi yerlərdəçsəhvlər etdim və Maksı keçmək üçün mükəmməl dövrə vurmalısınız. O, hər yerdə limitdədir.

Ancaq 24 saat əvvəl hər şey mənim üçün qaranlıq idi. Lakin düzünü desəm, bolidə güvənirdim. Axmaqlıq etdim. Sonra üçüncü sərbəst yürüşlərdə trasa çıxdım və bolid əla işləyirdi.

Öndən başlayırıq və rəqiblərimə yaxın olmaq istəyirəm. Ümid edirəm ki, Mercedes-i təzyiq altında saxlayarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*