K.Horner 11 il əvvəli xatırlayıb

Red Bull komandasının rəhbəri Kristian Horner sonuncu Kanada yarışında 2011-ci ili xatırlayıb.

F-1.az xatırladır ki, 2011-ci ilin Kanada yarışında Sebastyan Fettel lider gedərkən, yarışın sonlarında səhv etmiş və qələbəni əldən vermişdi. Həmin yarışı McLaren-dən Censon Batton qazanmışdı.

Maks Ferstappen də builki Kanada yarışında Karlos Saynsın təzyiqi altında yarışırdı. Buna baxmayaraq, niderlandlı sürücü yarışı qazanaraq, liderliyini daha da möhkəmləndirdi.

Kristian Horner: “11 il əvvəl nələr yaşandığını bilirik. O günü çox yaxşı xatırlayıram. Hələ də mənim qorxulu yuxumdur. Arxa düzlükdə və ya ilk sektorda təkərləri bloklamaq güclü ehtimaldır. Son dövrələrdə 11 il əvvəlki yarışı düşünürdüm və öz-özümə deyirdim ki, Maks sakit qalmalısan. Maks çox gözəl performans göstərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*