K.Horner: Ferstappenlə komanda yoldaşı olmaq qorxuludur

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappenlə komanda yoldaşı olmaq heç də asan deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü son iki mövsümdə çempion olsa da, komanda yoldaşı Serxio Peres 2021-ci ildə 4-cü, 2022-ci ildə isə 3-cü ola bilib.

Kristian Horner: “Çeko ondan olan gözləntiləri bilir. Maksın komanda yoldaşı olmaq qorxuludur. Çeko hər şeyə yaxşı nəzarət edir. Mühəndislər Kubokundakı birincilikdə vacib rol oynadı və mövsümü iki qələbə ilə üçüncü bitirdi.

Çeko bizim komandaya gələndən inkişaf edib. Yenə də Maks Dünya Çempionudur və meyar nöqtəsidir. Çeko ən yüksək nəticəni hədəfləməlidir. Yoxsa burada nə işi var?”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*