H.Marko: “Aleks əla yarışır”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Aleks Elbon bu il yaxşı yarışır.

F-1.az xatırladır ki, taylandlı sürücü yay tətilində Red Bull-a keçib və “qırmızı öküzlər”in heyətində çıxdığı 4 yarışda ən pis halda 6-cı olub.

Helmut Marko: “Aleksander indiyə kimi qatıldığı bütün yarışlarda yaxşı performans göstərib. Nəticələri gələn mövsümçün yaxşıdır. Gələn il Mühəndislər Kubokunu qazanmaq üçün iki güclü pilota ehtiyacımız var. Buna görə də Elbonun performansı yaxşıdır. Aleks Soçidə sərbəst yürüşlərdə istədiyi kimi işləyə bilmədi və sıralanma turunda qəza etdi. Bir il əvvəl Rusiyada F2 yarışını qazanmışdı və buna görə də özünə inanırdı. Lakin hər şey tərs getdi. Amma yarışda yaxşı iş gördü”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*