S.Peres: Komanda əla iş gördü

Mövsümöncəsi testlər əvvəlki illərlə müqayisədə komandalar üçün əla keçib. Lakin Red Bull bütün rəqiblərini ciddi şəkildə üstələməyi bacarıb.

F-1.az xəbər verir ki, meksikalı sürücünün bu gün əldə etdiyi 1:30.305-lik nəticə builki testlərin ən yaxşısı olub.

Serxio Peres: “Test proqramı çox intensiv idi, çünki vaxt az oldu, buna görə də hər şeyin üzərində mümkün qədər səmərəli işləmək son dərəcə vacibdir. Qarşıya qoyulan tapşırıqların öhdəsindən yaxşı gəldik və yeni maşınımızla məşğul olduq.

Bəhreyndə test keçirmək asan deyil, hər dəfə boksdan çıxanda trasın vəziyyəti dəyişir, asfalt təkərləri çox aşındırır və şərait ümumiyyətlə qeyri-sabitdir. Ancaq düşünürəm ki, bu gün biz əlimizdən gələni etdik və əla iş gördük. Müxtəlif parametrləri yoxladıq və müxtəlif tərkibli təkərlərin işləməyini təhlil etdik.
Problemsiz şəkildə çox dövrə vurduq – maşının etibarlılığı yaxşı səviyyədə idi. Komanda Milton Keynsdəki bazada əla iş görüb və yaxşı maşın hazırlayıb. Amma maşının inkişafını davam etdirməliyik. Hansı sürətlərə qadir olduğumuza yalnız gələn həftə aydınlıq gələcək, çünki testlərdə ümumi şəkli tam görmək çətindir”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*