20 Noyabr 2019, Çərşənbə - 15:37

M.Ferstappen Red Bull-dan ayrılır?

M.Ferstappen Red Bull-dan ayrılır?

Müəllif: Rauf Hacıyev, redaktor

18:54 - 20 Oktyabr, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, gələcəyi müəmmalıdır.

F-1.az xatırladır ki, hollandiyalı sürücünün komandası ilə müqaviləsi 2020-ci ilin sonunda bitir. Gənc sürücünü həm Mercedes, həm də Ferrari heyətinə qatmaqda maraqlıdır.

Maks Ferstappen: “Red Bull-da nə qədər qalacağımı bilmirəm. Çətin sualdır. Gələn il üçün müqaviləm var. Daha sonra yeni reqlament olacaq və hələ heç nə məlum deyil. Heç bir komanda nə edəcəyini bilmir.

Təbii ki, hamı qalib gəlmək istəyir. Həmişə sürətli komandada yarışmaq istəyərsiniz. Lakin Red Bull-un yaxşı yerdə olacağına inanıram. Bu komanda ardıcıl 4 dəfə çempion olub və Honda ilə tərəfdaşlığa başlayıblar. Yeni tərəfdaşlığa başlayanda çətin olur və gələn il inkişaf etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 130
Teqlər ,
Paylaş

logo