Rəsmən: Hamilton Mercedes-i tərk edəcək

Mercedes komandası 2024-cü ilin sonunda Lyuis Həmiltonla tərəfdaşlığını bitirəcəyini açıqlayıb. Britaniyalı sürücü keçən ilin avqustunda imzaladığı müqavilədə qarşıdakı mövsümdən sonra komandanı tərk etməyə imkan verən opsiondan istifadə edib.

F-1.az xəbər verir ki, yeddiqat dünya çempionunun gələcək planları rəsmən təsdiqlənməyib, lakin 2025-ci ildə onun Ferrari-yə keçəcəyi və burada Şarl Leklerin tərəfdaşı olacağı gözlənilir.

Toto Volff: “Sürücü və komandanın birliyini qiymətləndirsək, Lyuislə münasibətimiz idmanda ən uğurlu oldu – və bununla fəxr edə bilərik.

Lyuis həmişə Mercedes-in idman tarixinin mühüm bir hissəsi olacaq, lakin biz bilirdik ki, nə vaxtsa bu tərəfdaşlıq təbii sona çatacaq və o gün gəlib çatdı.

Biz Lyuisin yeni bir çağırış axtarmaq qərarını qəbul edirik və gələcək üçün imkanlarımız həyəcanvericidir. Ancaq qarşıda bizi daha bir mövsüm gözləyir və biz 2024-cü ildə əlimizdən gələni etməyə köklənmişik”.

Lewis Hamilton: “Mersedes-lə heyrətamiz on bir il keçirmişəm və birlikdə əldə etdiklərimizlə fəxr edirəm. Mən Mercedes-də böyümüşəm, ona görə də ayrılmaq qərarı həyatımın ən çətinlərindən biri idi. Ancaq bu addımı atmağın vaxtı gəldi və mən yeni çağırışı qəbul etməkdən məmnunam.

Mən Mercedes-ə inanılmaz dəstəyə görə, Totoya dostluğuna və liderliyinə görə həmişə minnətdar olacağam və bu dövrü yüksək səviyyədə bitirmək istəyirəm. Mən bütün diqqətimi bu mövsüm ən yaxşı nəticələr göstərməyə və “gümüşü oxlar”la son ilimi yaddaqalan etməyə toplamışam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*