23 Avqust 2019, Cümə - 22:09

V.Bottas: “Mənim üçün maraqlı yarış olacaq”

V.Bottas: “Mənim üçün maraqlı yarış olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

10:08 - 16 İyul, 2017

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Həmiltondan bu qədər çox geri qalmağının səbəbini bilmir.

F-1.az xatırladır ki, Bottas cümə sərbəst yürüşlərində birinci yeri tutsa da, sıralanma turunda britaniyalı komanda yoldaşından 0.7 saniyə geri qalaraq, 4-cü olub. Finlandiyalı sürücünün ötürmələr qutusu dəyişdirildiyinə görə startda 5 yer itirəcək və yarışa 9-cu yerdən başlamalı olacaq.

Valtteri Bottas: “Hava şəraiti hamı üçün çox çətin idi. Tras quruduqdan sonra hamı üçün normal sıralanma turu oldu. Deyəsən, bircə mən özümü boliddə rahat hiss edirdim. Balans bərbad olmasa da, Lyuisdən geri qaldım. O fərqli şeylər edə bildi. Bəlkə də, qızdırma dövrəsində təkərləri daha yaxşı hazırladı. Mənim təkərlərim isə bloka düşdü və buna görə 0.1 saniyə itirdim. Bəlkə də, bir az çox. Bolidimiz güclüdür və bütün həftəsonu ərzində rəqabətədavamlı idik. Yarışa fərqli təkərlərlə 9-cu yerdən başlamaq maraqlı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 863
Teqlər , , , ,
Paylaş

logo