15 Noyabr 2019, Cümə - 13:47

N.Rosberq 45 milyon avro alacaq?

N.Rosberq 45 milyon avro alacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

13:02 - 22 İyul, 2016

Şayiələrə əsasən, Mercedes komandası Niko Rosberqi komandada saxlamaq üçün 45 milyon avrodan keçib…

F-1.az xatırladır ki, Rosberqin müqaviləsi ilin sonunda başa çatırdı və Mercedes-in nə edəcəyi hamıya maraqlı idi. Komanda həmişə ilk alternativlərinin Rosberq olduğunu və almaniyalı sürücü ilə müqaviləni yeniləmək istədiklərini deyirdi. Bugünkü rəsmi açıqlamada bildirilib ki, Rosberqin müqaviləsi daha 2 il uzadılıb.

Autobild xəbər verir ki, Mercedes komandası Rosberqə ikiillik müqavilə üçün bonuslarla bir yerdə 45 milyon avro ödəyəcək. Rosberq isə bildirib ki, yeni müqavilə ona təsir etməyəcək: “Təbii ki təsir edə bilər, amma diqqətli olmalıyam. Diqqətim yayınmasın deyə danışıqlarımı Bergerin aparmasını istəmişdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 411
Teqlər , ,
Paylaş

logo