L.Həmilton Fettelin səhvinə sevinib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Fettelin etdiyi səhvlərə görə sevinir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Sinqapur yarışına pouldan başlasa da, startda Ferstappen və Rəykkönenlə insident yaşayaraq, mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Lyuis Həmilton: “Fettellə bir-birimizə hələ də hörmət edirik. Onunla mübarizə apardığım üçün sevincliyəm. Bizim idmanda fərqli komandalar arasında mübarizənin olması həmişə gözəldir. Ferrari Formula1 üçün vacib komandadır və son yarışa qədər onlarla mübarizə aparmağı gözləyirəm. İki tərəf də çempionluq üçün mübarizə aparır. Ümid edirəm ki, qalib olan tərəf biz olarıq. Sebastyan Sinqapurda etdiyi səhvlə geriyə düşdü, amma arxayın olmayacağıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*