22 Noyabr 2019, Cümə - 08:46

J.Vilnöv: “Mercedes axmaqlıq etdi”

J.Vilnöv: “Mercedes axmaqlıq etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

21:08 - 01 Dekabr, 2016

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Niko Rosberq dəyərli çempiondur və kanadalı sürücü Həmiltonun Əbu Dabidəki hərəkətini dəstəkləyib.

F-1.az xatırladır ki, Həmilton çempion olmaq üçün Rosberqi ləngitmiş və komandasından “tempi artır” əmri alsa da, əmrə tabe olmamışdı.

Vilnöv Mercedes-in bu hərəkətini utancverici adlandırıb: “Gözəl yarış idi. Lyuisin etdiyi? Düzgün idi. Amma komandanın təlimatları utancverici idi. Lyuis pis iş görmədi. Sadəcə əlindəkindən istifadə etdi və yarışdı. Mercedes-in itiriləcək heç nəyi yox idi və ikisi də çox güclü idi”.

Xatırladaq ki, 20 il əvvəl Hill və Vilnöv komanda yoldaşı olmuş və son yarışa qədər çempionluq uğrunda mübarizə aparmışdılar. Jurnalistlər kanadalıdan “Hill ilə mübarizədə eyni şeyləri edərdiniz?” sualını soruşublar: “Bundan da artığını edərdim. Nəticədə son yarışdır və komandanın çempionluğu itirmək qorxusu yoxdur. Mercedes yerində oturub, hadisələrin gedişatına nəzarət etməli idi. Bunu qəbul etməli idilər.

Lyuis Rosberqin dəyərli Dünya Çempionu olmasını təmin etdi. Lyuis yuxudan gec ayıldı. Nikonun güclü və sürətli rəqib olduğunu mövsümün ortasında başa düşdü”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 445
Teqlər , , , , , ,
Paylaş

logo