Mekis: Ferstappen həmişə proqnozları üstələyir

Maks Ferstappen San Pauluda yarışa 21-ci yerdən başlayıb və finişə ikinci çatıb. Red Bull Racing komandasının rəhbəri Loran Mekis finişdən sonra bildirib ki, heç bir simulyator yarış ərzində 19 mövqe qazanmağın mümkün olacağını proqnozlaşdırmayıb.

“Heç bir simulyator sürücünün 21-ci yerdən ikinciliyə yüksələ biləcəyini və ya beş dövrədə 14 mövqe qazana biləcəyini proqnozlaşdıra bilməz, – deyib Loran Mekis. – Maks dönə-dönə bütün proqnozları üstələyir.

Əlbəttə, 21-ci yerdən start almaq məyusedicidir, çünki cümə günü və şənbə səhəri onun tempi yaxşı olub. sıralanma turunun ilk sessiyasında da hər şey yaxşı gedib, nəhayət Maksı trasa buraxanda da vəziyyət belə olub, amma yarış belədir.

Belə nəticələr fonunda bunun hazırkı güc qurğusu ilə işin ilk ili olduğunu unutmaq asandır. Bizim uşaqlar inanılmaz iş görüblər. Bu həftəsonu Maks ilk dəfə cəza alıb, hərçənd bunu planlaşdırmamışdıq, amma cümə günü kiçik problem yaranıb və buna görə bu addımı atmalı olmuşuq. Şərait belə olub”.

,