Ə.Devidson: Peres heç nə bilmədən yarışırdı

Formula1 şərhçisi Əntoni Devidson bildirib ki, Serxio Peres Mayamidə heç nə bilmədən Maks Ferstappenlə yarışıb.

F-1.az xatırladır ki, Serxio Peres Mayami yarışına pouldan, Maks Ferstappen isə 9-cu yerdən başlayıb. Lakin niderlandlı sürücü fərqli strategiya seçərək, yarışın sonlarında Peresi keçib və yarışı qazanıb. Bu qələbədən sonra Maks liderliyini möhkəmləndirib və meksikalı komanda yoldaşı ilə xal fərqini 14-ə qaldırıb.

Əntoni Devidson: “Peresin radiosuna qulaq asmaq qəribə idi. Maks Ferstappenlə mübarizəsi barədə ona heç nə demədilər. Lakin Maksın boksunda danışıqlar gedirdi. Komanda yoldaşı ilə aradakı fərqi davamlı olaraq nəzarətdə saxlayırdılar. Peres isə heç nə bilmədən sürürdü. Çox qəribə idi. Radio çox sakit durmuşdu”.

Qeyd edək ki, Serxio Peres yarışdan sonra Maks Ferstappenin qələbəyə layiq olduğunu deyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*