Louson: Üç yarışdan ibarət seriya kifayət qədər pozitiv məqamlarla yadda qalıb

Üçüncü yerdən start alan Liam Louson İnterlaqosda parlaq yarış keçirib və Racing Bulls üçün vacib xallar qazanıb…

Liam Louson: “Əla gün idi! Yarışı yaxşı keçirdik, əlimizdə olan bütün imkanlardan istifadə etdik.

İlk dövrədə maşının trasla ilişməsi əla idi, ən güclü komandaların sürücüləri ilə mübarizə apara bildim, amma uzun seriyalarda hələlik tempimiz çatmır, buna görə də mübarizədə çox vaxt itirməməyə kökləndim.

Bizim üçün xeyli pozitiv məqamla yadda qalan üçyarışlıq həqiqətən layiqli bir seriya alınıb və mən bundan səmimi şəkildə zövq aldım. Mövsümün son yarışları ərəfəsində dincəlmək və güc toplamaq üçün bir neçə gün istirahət edəcəyəm. Las Veqasa qayıdışı səbirsizliklə gözləyirəm”.