Ayzek Həcər İtaliya Qran Prisini də buraxacaq

Niderland Qran Prisindən əvvəl boks məşqi zamanı Ayzek Həcər biləyini sındırmışdı və mərhələni buraxmağa məcbur qalmışdı. Bu gün isə Red Bull komandası təsdiqləyib ki, o, Monzada da start almayacaq.

Bütün bu müddət ərzində sürücü həkimlərin tövsiyələrinə əməl edib, amma vaxt kifayət etməyib – Ayzek zədələnmiş əlində hələ də ağrı hiss edir və sükan arxasına keçə bilməyəcək.

Keçən mərhələdə olduğu kimi, Red Bull Racing-də onu yenə Liam Louson əvəz edəcək, Racing Bulls-da isə Lousonun maşınının sükanı arxasına Yuki Tsunoda keçəcək.

“Ayzek yay fasiləsi zamanı aldığı bilək zədəsindən sonra bərpa prosesində ümidverici irəliləyiş göstərməkdə davam edir, lakin Monzada keçiriləcək  İtaliya Qran Prisində Maksın komanda yoldaşı yenidən Liam Louson olacaq.

Komanda Ayzekin reabilitasiya prosesini diqqətlə izləyir, biz onun trasa qayıdışı ilə bağlı lazımsız riskə getməyəcəyik və ona tezliklə sağalmağı arzulayırıq”, – deyə komandanın bəyanatında bildirilir.

, , ,