M.Ferstappen: Sürməkdən həzz aldım

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB19-u Yaponiyada sürməkdən həzz alıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü Sinqapurdakı çətin keçən həftəsonundan sonra gündoğar ölkədə yenidən özünə gəlib. O, Suzukadakı hər iki cümə sərbəst yürüşlərini zirvədə bağlayıb.

Maks Ferstappen: “Bu gün özümü doğrudan da yaxşı hiss etdim. İlk dövrədən etibarən maşını sürməkdən həzz aldım. Həm sıralanma, həm də yarış tempində doğrudan da güclü idik.

Bu trasda təkər yeyilməsi çox olur. Buna görə də təkərlər üçün çox çətin yarış olacaq. Lakin indiyə kimi hər şey çox yaxşı gedir”.

Maks Ferstappen düşünür ki, hər şeyi düzgün etsələr, poul uğrunda mübarizə apara bilərlər: “Arxamda mübarizə çox yaxındır. Ferrari və McLaren yaxın görünürlər. Vəziyyətə baxacağıq, amma sonda sadəcə özümüzə fokuslanıb, performansımızı yaxşılaşdırmağa çalışacağıq. Bunu etsək, poul üçün mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*